Türkiyənin qərbində Təkirdağ əyalətinin Çərkəzköy rayonunda kimya zavodunda yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Təkirdağ əyalətinin Çərkəzköy rayonunda sənaye zonasında fəaliyyət göstərən kimya zavodunda səbəbi müəyyən edilməyən yanğın baş verib.
Zavodun işçilərinə xəbər verildikdən sonra hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası göndərilib.
Bizim.Media