Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə və silahlı münaqişə bölgələrinə yaxınlaşmamağa çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik tərəfindən edilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarına silahlı qarşıdurmaların getdiyi ərazilərə yaxınlaşmamaları barədə xəbərdarlıq edilib və Livan ərazisini dərhal tərk etmələri istənilib.
Açıqlamada, həmçinin Səudiyyə Ərəbistanı vətəndaşlarının Livana səyahətini qadağan edən qərara əməl etməyin vacibliyi vurğulanıb.
Bizim.Media