“Rusiya Prezidenti Vladimir Putin avqust ayında Türkiyəyə səfər edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Səfərin dəqiq tarixi müəyyənləşməyib.Düşünürəm ki, bu səfər avqustda baş tutacaq” - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl baş tutan telefon danışığı zamanı liderlər görüş barədə razılığa gəlib.
Bizim.Media