“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal zədələnərək mövsümün sonunadək sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, futbolçu İspaniya La Liqasının 33-cü turunda “Selta” ilə oyunda (1:0) zədə alıb.
Kataloniya klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, Yamalda sol ayağın arxa bud nahiyəsinin vətərində zədə aşkarlanıb.
Bildirilib ki, futbolçunun iyun-iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qədər bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 24 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizim.Media