Fransa Prezidenti Emmanuel Makron “müvəqqəti səs çoxluğu və ya bloklarla sıxışdırılmaq istəmədiyini”, eləcə də miqrasiya və digər məsələlərə dair qanun layihələrinin qəbul ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Fransa Prezidenti Konstitusiyanın ona verdiyi imkanlardan istifadə edəcəyini bildirib.
Bununla da E.Makron 2024-cü il büdcəsi və immiqrasiya islahatları da daxil olmaqla, bəzi qanun layihələrinin qəbulu ilə bağlı heç bir zəmanətinin olmadığını etiraf etmiş olur. Həmçinin o, parlamentin payız sessiyasına təxirə salınmış bu layihələrin qəbul edilməsində yenidən 49,3 maddəsinə müraciət olunacağını istisna etməyib.
Bizim.Media