Ukraynalı deputat: “Azərbaycan Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut edir” - FOTO

Müharibə dönəmində Azərbaycan tək sözdə yox, işdə də Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut edir.

Bizim.Media xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun həmsədri Volodimir Kreydenko Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

V.Kreydenko bildirib ki, Ukraynada da Azərbaycana xüsusi müsbət münasibət vardır. Ukraynalı deputat Azərbaycanın tək sözdə yox, əməldə də Ukraynanın yaxın tərəfdaşı olduğunu sübut etdiyini, müharibənin ilk günlərindən dəyişməz prinsipial mövqedən çıxış edən Azərbaycanın göndərdiyi humanitar yardımların, müharibədən zərər görmüş uşaqların Azərbaycanda reabilitasiya keçmələrinin buna əyani sübut olduğunu diqqətə çatdırıb. 

O, Azərbaycana etdikləri son səfəri və Milli Məclisdə Ukrayna parlamenti ilə əməkdaşlıq qrupunun üzvlərinin Ukraynaya son səfərini xoş sözlərlə xatırlayıb, qarşılıqlı səfərlərin əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Səfir, öz növbəsində Azərbaycan və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi, xalqlar arasında sıx münasibət, müxtəlif sahələrdə böyük potensiala malik əməkdaşlıq imkanları kontekstində danışaraq iki ölkənin dövlət başçılarının Kişineuda son görüşünün əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. 

S.Mərdəliyev vurğulayıb ki, əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr vacib rol oynayır.

Səfir göstərilən humanitar yardımların səmimi olduğunu, uşaqların sosial reabilitasiyası proqramlarının davam edəcəyini bildirib. 

O, Londonda keçirilmiş Ukraynanın Bərpası Konfransında elan olunduğu kimi Azərbaycanın Ukraynada bərpa layihələrində iştirak edəcəyini diqqətə çatdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenidən İranla müharibəyə başlayacaq?

İsrail yenidən İranla müharibəyə başlayacaq?

Diplomat məxfi yazışmaların sızdırılması şübhəsi ilə həbs edildi

Diplomat məxfi yazışmaların sızdırılması şübhəsi ilə həbs edildi

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

İngiltərənin tələbi ilə məşhur bloqerlər Mayamidə həbs edildi

İngiltərənin tələbi ilə məşhur bloqerlər Mayamidə həbs edildi

Ağstafada təmizlənən arxların kənarına bəndlər vurulur

Ağstafada təmizlənən arxların kənarına bəndlər vurulur

Aralıq dənizində 13 ildə ilk dəfə Rusiya hərbi gəmisi yoxdur

Aralıq dənizində 13 ildə ilk dəfə Rusiya hərbi gəmisi yoxdur

FAKTİKİ HAVA: Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

FAKTİKİ HAVA: Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

Messi azarkeşlərə müraciət etdi - FOTO

Messi azarkeşlərə müraciət etdi - FOTO

Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Ağstafaya sel gəldi - VİDEO

Ağstafaya sel gəldi - VİDEO

Fransa-İngiltərə oyunu tarixə düşdü - 3-cü yer uğrunda ən çox qol vurulan matç

Fransa-İngiltərə oyunu tarixə düşdü - 3-cü yer uğrunda ən çox qol vurulan matç

Ceki Çan Azərbaycana gələcək - VİDEO

Ceki Çan Azərbaycana gələcək - VİDEO

Nyu-Yorkda güclü yağışlar: Küçə və zirzəmiləri su basdı – VİDEO

Nyu-Yorkda güclü yağışlar: Küçə və zirzəmiləri su basdı – VİDEO

Rusiya Ukraynada ABŞ şirkətinə məxsus anbara ZƏRBƏ ENDİRDİ - FOTO

Rusiya Ukraynada ABŞ şirkətinə məxsus anbara ZƏRBƏ ENDİRDİ - FOTO

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi - FOTO

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi - FOTO

İran ABŞ-ın çoxsaylı helikopterlərini sıradan çıxarıb

İran ABŞ-ın çoxsaylı helikopterlərini sıradan çıxarıb

Odessada vurulan gəminin kapitanının cənazəsi Lənkəranda torpağa tapşırıldı

Odessada vurulan gəminin kapitanının cənazəsi Lənkəranda torpağa tapşırıldı

“Qazaxıstan prezidenti Putini Paşinyanla barışdıra bilməyib” - İDDİA

“Qazaxıstan prezidenti Putini Paşinyanla barışdıra bilməyib” - İDDİA

Kiyevdə "Lukyanovskaya" metro stansiyası bağlandı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası bağlandı - VİDEO

Rusiya Ukraynada sərnişin qatarına yenidən dronla zərbə endirdi - FOTO

Rusiya Ukraynada sərnişin qatarına yenidən dronla zərbə endirdi - FOTO

Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Zelenskidən etiraz aksiyalarına REAKSİYA

Zelenskidən etiraz aksiyalarına REAKSİYA

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu - VİDEO

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu - VİDEO

End of content

No more pages to load

RADİO