“Vaqner” özəl hərbi təşkilatının daha bir karvanı Belarusa gedib.
Bizim.Media xəbər verir ki, bu barədə "Беларускі Гаюн" məlumat yayıb.
Bildirilib ki, monitorinq qrupunun məlumatına görə, böyük karvan Osipoviç istiqamətində hərəkət edir. Karvana ən azı 20 müxtəlif modifikasiyalı avtomobil daxildir, onlar Rusiya Federasiyasının bayraqları və “Vaqner”in simvolları ilə hərəkət edirlər.
Məlumata görə, bu, artıq iyulun 11-dən Belarusa gələn ən azı 3-cü muzdlu karvanıdır.

Bizim.Media