İranda Müəllimlərin Həmkarlar İttifaqının üzvü və siyasi fəal Sara Siyahpur Apellyasiya Məhkəməsinin hökmü ilə 6 il müddətində azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, o, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 il həbs cəzası alıb və “siyasi partiyalara, təşkilatlara üzvlük və kiberməkanda yalan fikirlər yaymaq” ittihamı ilə isə 2 il müddətində ölkədən çıxışına qadağa qoyulub.

Bizim.Media