Türkiyənin Mersin bölgəsinin Gülnar rayonunda da güclü meşə yanğını başlayıb. Hazırda yanğına havadan və qurudan müdaxilə edilir.
Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, baş verən yanğının səbəbi bəlli deyil.
Mənbə yazır ki, 3 yanğınsöndürmə vertolyotu, çoxlu sayda su çiləyicisi, ilk müdaxilə vasitələri və Meşə Region Müdirliyi qrupu bölgəyə sövq edilib.
Qeyd edək ki, Türkiyənin Hatay bölgəsində Belen rayonunda da meşə yanır.
Bizim.Media