Türkiyənin Hatay bölgəsində Belen rayonunda meşə yanğını baş verib.
Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, yanğınsöndürən qruplarl havadan və qurudan müdaxilə edərək alovları söndürməyə çalışırlar.
Yanğın əsasən Soğukölük məhəlləsinin meşə sahəsində olub. Hadisənin səbəbi hələ bəlli deyil.
Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb.

Bizim.Media