Ukrayna silahlı qüvvələri Baxmut yaxınlığında təşəbbüsü əldə saxlayır, Rusiya isə elit birləşmələrini ora cəmləşdirir.
Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın şərq qoşun qrupunun spikeri Sergey Çerevatıy səsləndirib.
Onun sözlərinə görə, Baxmut istiqamətində, şimal və cənub cinahlarda Müdafiə Qüvvələri düşmənə təzyiq göstərir, təşəbbüs Müdafiə Qüvvələrinin bölmələrinin əlindədir.
Qeyd olunur ki, Rusiya tərəfdən orada “Bars” ehtiyat ordusunun hərbçiləri, “Storm-Z” bölməsi, xüsusi təyinatlılar və hava-desant qoşunları döyüşür.
Bizim.Media