Türkiyə hakimiyyətinin qərarı ilə əcnəbilərə İstanbulda yaşayış icazəsinin verilməsi dayandırılıb.
Bizim.Media “Yeni Şafak”a istinadla xəbər verir ki, sözügedən qadağa daha əvvəl İstanbulun 10 rayonunda tətbiq olunmuşdu.
Hazırda isə bu təcrübə şəhərin 39 rayonunda qüvvədə olacaq.
İstanbul Miqrasiya İdarəsinin məlumatına görə, hazırda şəhərdə 1,3 milyon əcnəbi yaşayır. Bu rəqəmə daşınmaz əmlak aldıqdan sonra vətəndaşlıq alanlar daxil deyil. Ümumilikdə əcnəbilər İstanbul əhalisinin 8%-ni təşkil edir.
Qeyd edək ki, Türkiyədə yaşamaq icazəsi əldə etmək üçün indi ölkənin seyrək məskunlaşılmış ərazilərində 50.000 dollardan, meqapolislərdə isə 75.000 dollardan və daha çox dəyəri olan daşınmaz əmlak almalısınız.
Bizim.Media