İtaliyanın xarici işlər naziri Antonio Tajani Forza “İrəli, İtaliya” partiyasının milli katibi təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Partiyanın yaradıcısı və lideri iyunun 12-də 86 yaşında vəfat edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni olub.
“İrəli, İtaliya”nın yeni rəhbəri kimi Tayaninin namizədliyi partiyanın Milli Şurası tərəfindən dəstəklənib. Açılış nitqi ilə çıxış edən XİN rəhbəri bildirib ki, partiya hökumət koalisiyasına loyal olsa da, mövqeyi həmişə fərqli olacaq.

Bizim.Media