2027-ci ilə qədər Almaniyadan Ukraynaya silah tədarükü təxminən 17 milyard avro həcmində olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts keçirdiyi mətbuat konfransında bildirib.
“Müharibə başlayandan təxminən 2027-ci ilə qədər biz Almaniyadan Ukrayna üçün maliyyələşdirdiyimiz silahların tədarükünə 17 milyard avro xərcləyə bilərik” – o bildirib.
Şolts əlavə edib ki, o cümlədən hərbi baxımdan ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ölkə Almaniyadır.
Bizim.Media