ABŞ-ın Texas ştatının Ostin şəhərində naməlum şəxs insanlara atəş açıb.
Moderator.az-ın məlumatına görə, bu barədə yerli polis şöbəsinin “Twitter”x9d sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.
Bildirlir ki, atışma nəticəsində ən azı bir nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxs 30-40 yaşlarında bir qadındır.xa0
Polis Ostin sakinlərini şəhərin mərkəzindən uzaq durmağa çağırıb. Atəş açan şəxsin tutulması barədə məlumat yoxdur.