ABŞ Prezidenti Co Bayden Ukraynada müharibənin qarşıdakı illərdə davam edəcəyini düşünmür.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, Bayden bu barədə Finlandiya Prezidenti Sauli Niinisto ilə mətbuat konfransında deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin artıq məğlub olduğunu bildirib.
“Kremlin sahibinin Ukraynadakı müharibədə qalib gəlmək şansı yoxdur, artıq müharibəni uduzub”, - Bayden qeyd edib.
Bayden müharibənin uzun illər davam etməyəcəyini, çünki Rusiyanın buna kifayət edəcək resurslarının olmadığını vurğulayıb.
Bayden əlavə edib ki, Prezident Putin nəhayət bunun Rusiyanın iqtisadi, siyasi və digər maraqlarına uyğun olmadığına qərar verəcək.
Bizim.Media