"Twitter"in keçmiş əməkdaşları 500 milyon dollarlıq işdənçıxma təzminatının rədd edilməsinə görə şirkətə qarşı kollektiv məhkəmə iddiası qaldırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Şirkət işçilərin işdən çıxarılması ilə bağlı 2019-cu ildə təsdiq edilmiş müavinətlərin ödənilməsi planını yerinə yetirməməkdə ittiham olunur. Bu da, federal qanunvericiliyin pozulması hesab edilir.
Qeyd edək ki, keçən il İlon Mask "Twitter" i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, bundan sonra şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb.
Bizim.Media