İranda qadın siyasi fəal və jurnalist Sepide Qelyana 2 il həbs cəzası və digər qadağalar verilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Belə ki, Tehran həbsxanasında həbs cəzası çəkən xanıma ictimai qruplara qoşulmasına, smartfonlardan istifadəsinə, həmçinin Tehran və qonşu əyalətlərdə məskunlaşmasına qadağa qoyulub.
Qeyd edək ki, siyasi fəal “İran rəhbərini təhqiramiz etmək və kiberməkanda yalan məlumatlar yaymaq” ittihamları ilə həbs edilib.

Bizim.Media