Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqa qar yağıb.
Bizim.Media xəbər verir ki, bu barədə BBC agentliyi məlumat yayıb.
İyul ayı Cənub yarımkürəsində qış ayı olsa da, burada sonuncu dəfə qar 2012-ci ildə, yəni 11 il bundan əvvəl yağıb.
Mütəxəssislər bu hadisəni son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.
Cənubi Afrika Meteoroloji Xidmət İdarəsi sakinlərə isti geyinməyi tövsiyə edib. Sinoptiklər qarın bir həftə davam edəcəyini proqnozlaşdırırlar.
Bizim.Media