Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində “Promsintez” zavodu ərazisində partlayış olub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış ərazidə yerləşən boru kəmərində qəza təmir işləri zamanı baş verib.
Nəticədə 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bizim.Media