Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi göndərəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yardım paketinə əsasən zenit silahlar və döyüş sursatları daxildir.
Orada olan müdafiə avadanlıqlarının ümumi dəyəri təxminən 105 milyon avro həcmindədir.
Qeyd edək ki, bu, Finlandiyadan Ukraynaya tədarük edilən 17-ci hərbi yardımdır. İndiyədək təqdim olunan bütün hərbi texnika paketlərinin ümumi dəyəri təxminən 1,2 milyard avro təşkil edir.
Bizim.Media