Kişinyov Beynəlxalq Hava Limanında silahlı insident törədən Tacikistan vətəndaşı xəstəxanada ölüb.
Bizim.Media "mk.ru"ya istinadən xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.
Xatırladaq ki, sözügedən insident iyulun 1-də baş verib. Nəticədə 43 yaşlı Tacikistan vətəndaşı Moldovaya daxil olmasına icazə verilmədiyi üçün ələ keçirdiyi silahla hava limanının təhlükəsizlik xidmətinin bir əməkdaşını və bir sərhədçini qətlə yetirib, daha bir mülki şəxsi isə yaralayıb.
Bizim.Media