Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində əks-hücum əməliyyatları keçirib. Həmçinin, Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatı davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) hazırladığı hesabatda yer alıb.
Mənbə yazır ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın şərqində 9 kvadrat kilometr ərazini geri alıb və geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Baxmutdan cənub-qərbə doğru irəlilədiyini göstərir.
Həmçinin, bəzi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə edib.
Bizim.Media