Zəlzələ qonşu Dağıstanda da hiss olunub.
Bizim.Media-nın bölgə müxbiri Dağıstan FHN-nin məlumatına istinadən xəbər verir ki, Dərbənd şəhərində 5,9 bal hiss olunub.
Həmçinin zəlzələ 00.01 də bütün şimal rayonlarında hiss olunub.
Xaçmaz rayonundan əlavə, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarında 5,5 bal gücündə zəlzələ hiss olunub. Yerli icra hakimiyyətlərinə fəsadları barədə hələlik məlumat verilməyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu