“Tesla”nın yaradıcısı, “SpaceX” və “Twitter”in sahibi amerikalı milyarder İlon Mask son altı ayda ən çox pul qazanan insanların reytinqində birinci yeri tutub.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Mask bu müddət ərzində 96,6 milyard dollar qazanıb. Siyahıda ikinci yeri 58,9 milyard dollar gəlirlə “Meta”nın təsisçisi Mark Zukerberq tutub.
“Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison və LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault isə digər pillələrdə qərarlaşıblar.
Qeyd edilib ki, dünyanın ən zəngin 500 adamı 2023-cü ilin birinci yarısında ümumilikdə 852 milyard dollar qazana bilib.
Bizim.Media