Belçikalı parlamentari postmünaqişə dövründə regionda yaranan reallıqlar barədə məlumatlandırılıb

İyulun 3-də Milli Məclisdə olan Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix bir qrup deputatla görüşüb. 

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov Azərbaycanın Avropa dövlətləri ilə, o cümlədən Belçika Krallığı ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib.  

Kamal Cəfərov hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşərək parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb. 
Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən söz açan deputat bölgədə dayanıqlı sülhün bərqərar olması üçün atılan addımlar barədə məlumat verib. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə malik olduğunu diqqətə çatdıran Kamal Cəfərov ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib. 

Belçika Federal Parlamentinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycanda yəhudi deputatın da təmsil olunduğu parlament heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərə yüksək səviyyədə hörmət olunan açıq və tolerant cəmiyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndirməyə çağırıb. 

Görüşdə iştirak edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Anatoliy Rafailov və Nigar Arpadarai postmünaqişə dövründə regionda yaranan reallıqlardan, aparılan sülh danışıqlarından bəhs ediblər, Azərbaycanın tolerantlıq ənənələrindən danışıblar.
Ermənistanın 30 illik işğalı dövründə dağıdılan mədəni irsimiz haqda söhbət açan deputatlar ölkəmizdə milli və dini tolerantlığın, multikultural dəyərlərin təşviqinin hər zaman nümunəvi xarakter daşıdığını diqqətə çatdırıblar.

Onlar işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar, həmçinin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının reinteqrasiyası məsələsinə də toxunulub. 
Söhbət zamanı ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nasaz avtomobil yolda qaldıqda yük yerini açmaqla təhlükəsizlik təmin edilmir! - Sürücülərə ÇAĞIRIŞ

Nasaz avtomobil yolda qaldıqda yük yerini açmaqla təhlükəsizlik təmin edilmir! - Sürücülərə ÇAĞIRIŞ

Övladlarına bu adları qoyanlar sonradan peşman olurlar

Övladlarına bu adları qoyanlar sonradan peşman olurlar

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ– Cəzalar sərtləşdirilir

Onlayn qumar oyunları ilə bağlı XƏBƏRDARLIQ– Cəzalar sərtləşdirilir

Bəzi məhsullar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bəzi məhsullar gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bakıda üç yeni körpü inşa edilir – VİDEO

Bakıda üç yeni körpü inşa edilir – VİDEO

Hesablama Palatasına yeni SƏLAHİYYƏT VERİLİR

Hesablama Palatasına yeni SƏLAHİYYƏT VERİLİR

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

Bu avtomobillər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNMAYACAQ

Bu avtomobillər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNMAYACAQ

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Azərbaycan və Ukrayna arasında mühüm saziş TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında mühüm saziş TƏSDİQLƏNDİ

Azərbaycan 2004-cü ildə imzalanmış Konvensiyaya QOŞULUR

Azərbaycan 2004-cü ildə imzalanmış Konvensiyaya QOŞULUR

Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışları davam etdirilir - VİDEO

Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışları davam etdirilir - VİDEO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Moskvanın mərkəzində ağır QƏZA: 25 yaralı var – VİDEO

Moskvanın mərkəzində ağır QƏZA: 25 yaralı var – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Zambiya vitse-prezidentinin helikopteri qəzaya DÜŞDÜ

Zambiya vitse-prezidentinin helikopteri qəzaya DÜŞDÜ

Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Zakir Həsənov Selçuk Bayraktarla GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Zakir Həsənov Selçuk Bayraktarla GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI

IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI

End of content

No more pages to load

RADİO