Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı son üç gündə Fransa polisi 3200 nəfəri saxlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin brifinqdə çıxışı zamanı bildirib.
Nazir bunun görünməmiş göstərici olduğunu deyib. Onun sözlərinə görə, saxlanılanların orta yaş həddi 17-dir. Həmin şəxslərin 60%-i daha əvvəl məhkumluğu olmayan şəxslərdir.
Bizim.Media