Qara dənizdə Rusiyanın 9 gəmisi döyüş növbəsində dayanıb, onların arasında 4 “Kalibr” qanadlı raket daşıyıcısı da var.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri komandanlığının mətbuat mərkəzi yayıb.
Azov dənizində də göyərtəsində “Kalibr” olmayan bir Rusiya gəmisi lövbər salıb.
Rusiyanın gəmi qüvvələrini yenidən Odessa və Nikolayevsk həndəvərinə cəmləməsi Ukraynada ciddi narahatlıq doğurub.
Bizim.Media