“Rusiya Silahlı Qüvvələri heç vaxt Ukraynadakı mülki hədəflərə hücum etməyəcək”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, Rusiyanın bütün hücumları hərbi infrastruktura qarşı yönəlib:
“Bir daha təkrar edirəm: ordumuz heç vaxt qəsdən mülki obyektləri hədəf seçmir və heç vaxt belə atəş açmır”, - deyə nazir bildirib.
Bizim.Media