Amerikalı sahibkarlar - Tesla və SpaceX-in baş direktoru Elon Mask və Meta şirkətinin baş direktoru Mark Zukerberq Roma Kolizeyində döyüşə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın mədəniyyət naziri Dario Françesçi TMZ Sports portalına açıqlamasında bildirib. O, döyüşün təşkili ilə bağlı Zukerberqlə artıq əlaqə saxladığını da söyləyib.
Portal məsələ ilə bağlı Zukerberqin nümayəndələrinin UFC prezidenti Dana Uayta ilə də əlaqə saxlayıb. Öz növbəsində Uaytun nümayəndələri italiyalı nazirlə əlaqə saxladıqlarını etiraf ediblər.
Mask isə özü Twitter-də yazıb ki, “döyüşün Kolizeydə baş tutması şansı var”.
Surxay Atakişiyev, Bizim.Media