Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin xatirəsinə keçirilən etirazlar davam edir.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, aksiyaya nəzarət üçün əraziyə helikopter göndərilib.
Bildirilib ki, iğtişaşları yatırmaq üçün əlavə polis qüvvələrindən də istifadə olunub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlarda 150 nəfər saxlanılıb.
Baş verən hadisələrlə əlaqədar ölkədə iyulun 3-dək komendant saatı elan edilib.
Qeyd edək ki, daha əvvəl iğtişaşı yatırmaq üçün hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bizim.Media