Stokholmda saxlanılan Quran kitabının nüsxəsinin yandırılmasına etiraz edən bir qrup etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.
Görüntülərə əsasən, İsveç diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb. Onlar Bağdadın mərkəzi hissəsində yerləşən səfirlik binasının darvazasını sındıraraq həyətə daxil olublar.
Bildirilir ki, iştirakçılar İslam ziyarətgahlarından birinin təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.
Bizim.Media