Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, tərəflər Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Bizim.Media