ABŞ-da kanalizasiya suyundan hazırlanmış pivə satışa ÇIXARILDI

ABŞ-ın Corciya ştatının kiçik Forsit şəhərində kanalizasiya suyundan pivə hazırlamağa başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuata kanalizasiya suyunun təmizlənməsinə cavabdeh olan H2O Innovativ şirkətinin rəhbəri Guillaume Claret məlumat verib.

O bildirib ki, son vaxtlar şəhərin pivə barlarında “Yüngül, təzə, ekoloji cəhətdən təmiz, yaxşı təmizlənmiş və diqqətlə işlənmiş sudan dəmlənmiş pivə" yarlığı olan taralara rast gəlinir:

“Bu yarlıqlı içkinin qiyməti, yerli standartlara görə çox ucuzdur. Beləki, cəmi 4 dollar ödəməklə kiçik çəlləyə qablaşdırılmış pivə almaq olur. Ucuzluğun tək səbəbi isə pivənin hazırlanmasında kanalizasiya suyundan istifadə edilməsidir”.

Bəs, pivəni niyə kanalizasiya suyundan hazırlayırlar?

Səbəb çox sadədir. Təbii suya qənaət etmək üçün yerli qurumlar bu addımı atıblar. Bildiyimiz kimi həm pivənin istehsal prosesində, həm də hazır məhsulda sudan çox istifadə edilir. Təsadüfi deyil ki, hazır pivənin 90 faizi sudur. Pivə sənayesinin suya olan böyük tələbatını ödəmək üçün amerikalılar kanalizasiya suyundan istifadə etmək qərarına gəliblər. Təbii ki, kanalizasiya suyu kimyəvi və bioloji təmizləmədən sonra istehsalata yönəldilir.

Nəticədə, istehsalçılar daha ucuz qiymətə pivə əldə etmiş olurlar. Ona görə də kanalizasiya suyundan hazırlanmış pivələr müştərilərə daha ucuz qiymətə təklif olunur.

Daha hansı ölkələrdə istehsalatda kanalizasiya suyundan istifadə edilir?

İstehsalatda kanalizasiya suyundan istifadə halı çoxdan mövcuddur. İlk dəfə bu hala Afrikanın cənubundakı səhra ölkəsi Namibiyada rast gəlinib. Dünyanın ən quraq ölkələrindən biri olan Namibiyada ildə cəmi 250 millimetrə qədər yağış düşür. Ona görə də  1968-ci ildə Namibiyanın paytaxtı Vindhukda ilk içməli çirkab su təmizləyici qurğu işə salınıb.

Son illərdə isə bu layihə böyük miqyasda tətbiq olunmağa başlayıb. Çünki, əhalinin suya olan tələbatın ödənilməsinin alternativi yoxdur. Hazırda bu ölkənin istehsal sahələrində, o cümlədən pivənin hazırlanmasında kanalizasiya suyundan istifadə olunur.
Təkrar emal texnologiyalarının uğurlu tətbiqinin başqa bir nümunəsi Sinqapurdadır. Öz şirin su mənbələrinə malik olmayan ölkə onilliklər ərzində Malayziyadan  od qiymətinə su idxal etmək məcburiyyətində qalıb. Xarici tədarüklərdən asılılığı azaltmaq üçün Sinqapur yeni resurslar axtarmağa başlayıb. Bu yollardan biri də dəniz suyunun duzsuzlaşdırılması və yağış sularının yığılması olub.

Digər bir yolsa  təkrar emaldır. Belə ki,  hələ 1970-ci illərdə kanalizasiya sularının təkrar emalı müzakirə olunmağa başlayıb. Nəhayət, 2000-ci illərin əvvəllərində isə ilk zavod işə salınıb. Təmizlənmiş kanalizasiya suyundan daha çox texniki ehtiyaclar üçün istifadə edilir. Ancaq bu ölkədə də kanalizasiya suyundan pivə istehsalında daha çox istifadə edilir.Hətta bu yaxınlarda kanalizasiya suyundan hazırlanmış pivənin satışa çıxarılmasının 20 illi təntənə ilə qeyd edilib.

İndi ölkədə artıq beş sutəmizləyici qurğu var. Bu qurğular cari  su tələbatın 40 faizə qədərini təmin edir. 

BMT-nin məlumatına görə, bu gün dünyada iki-üç milyard insan ildə ən azı bir ay su çatışmazlığı ilə üzləşir. Nəzərə alaq ki, söhbət dünya əhalisinin 25-35 faizindən gedir. Vəziyyət yaxın onilliklərdə daha da pisləşəcək. Cəmi bir neçə il əvvəl təkcə su qıtlığı yaşayan şəhər əhalisi 930 milyon nəfər idi. Lakin bu əsrin ortalarında bu rəqəm təxminən iki milyarda çatacaq. Ona görə də ölkələr su ehtiyaclarını ödəmək üçün alternativlərə üz tuturlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci övladları dünyaya gələcək

İkinci övladları dünyaya gələcək

60 yaşlı Məleykə Əsədova tanınmaz halda -VİDEO

60 yaşlı Məleykə Əsədova tanınmaz halda -VİDEO

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK

Kənd təsərrüfatı torpaqları vərəsələr arasında BELƏ BÖLÜNƏCƏK

Sərnişinlərdən küsüb, siqaret çəkən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Sərnişinlərdən küsüb, siqaret çəkən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Bakıda obyektdən altı minlik oğurluq kameraya düşdü - ANBAAN VİDEO

Bakıda obyektdən altı minlik oğurluq kameraya düşdü - ANBAAN VİDEO

Məşhurların əsl adları maraq doğurdu – SİYAHI

Məşhurların əsl adları maraq doğurdu – SİYAHI

FHN-dən ÇAĞIRIŞ: “Taxıl zəmilərinin yanında siqaret çəkmək qadağandır!” – VİDEO

FHN-dən ÇAĞIRIŞ: “Taxıl zəmilərinin yanında siqaret çəkmək qadağandır!” – VİDEO

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

Selçuk Bayraktar Azərbaycandakı “Bayraktar” istehsalat müəssisələrində - FOTO

Selçuk Bayraktar Azərbaycandakı “Bayraktar” istehsalat müəssisələrində - FOTO

Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiqləndi – FƏRMAN

Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiqləndi – FƏRMAN

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

“Nə üçün uşaqlığımızın alması, pomidoru əvvəlki dadını vermir?”

“Nə üçün uşaqlığımızın alması, pomidoru əvvəlki dadını vermir?”

Azərbaycan iqtisadiyyatı ARTIB

Azərbaycan iqtisadiyyatı ARTIB

Bəhruz Nəzərov Təhsil TV-nin direktoru TƏYİN EDİLDİ

Bəhruz Nəzərov Təhsil TV-nin direktoru TƏYİN EDİLDİ

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Milli Məclis yeni rüsumların tətbiqi ilə bağlı layihəni QƏBUL ETDİ

Milli Məclis yeni rüsumların tətbiqi ilə bağlı layihəni QƏBUL ETDİ

Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq

Kamilo Duran rəsmən "Qarabağ"dan AYRILDI

Kamilo Duran rəsmən "Qarabağ"dan AYRILDI

Tələbə vəfat etdi - Foto

Tələbə vəfat etdi - Foto

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI - RƏSMİ

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI - RƏSMİ

End of content

No more pages to load

RADİO