Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum edilib.
Bizim.Media "english.news.cn" ə istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib.
Ehtimala görə, hücuma səbəb ailələr arasında baş verən mübahisədir.
Bizim.Media