"Rusiya özü tələb etməlidir ki, Ukraynanı NATO-ya qəbul etsinlər".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada çıxışı zamanı deyib.
"Çünki NATO-ya üzv olan ölkələr müdafiə olunur, qonşularına qarşı hücuma keçmir. Üsyan və sistem zəifliyi dövrünə qədəm qoyan Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliyin təmin olunmasında hamıdan çox maraqlıdır. Bu o deməkdir ki, Rusiya Ukraynanın NATO-ya qəbul olunmasında maraqlıdır”, - Zelenski bildirib.
Bizim.Media