Xəbər verdiymiz kimi, rus ordusu iyulun 27-də Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib. Nəticədə 8 nəfər ölüb. Onların 3-ü uşaqdır.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, yaralananlar arasında üç kolumbiyalı da var.
Bunlar deputat Serxio Jaramillo, yazıçı Hektor Abad və jurnalist Katalina Qomezdir.
Onlar hazırda vəziyyəti ağır olan ukraynalı yazıçı Viktoriya Amelina ilə restoranda şam yeməyində görüşüblər. Kolumbiyalılar yüngül xəsarət alıblar.
Rusiya mətbuatı isə binada hərbi təlimatçıların olduğunu yazıb.
Bizim.Media