“Ukraynada müharibənin 2023-cü ilin sonuna qədər bitməsi ehtimalı azdır”.
Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə İsveçrə xüsusi xidmət orqanlarının dövlət təhlükəsizliyi üzrə illik hesabatında qeyd edilib.
Bildirilib ki, Kremlin mübarizəni davam etdirmək istəyi müharibənin hələ uzun müddət davam edəcəyinə işarə edir.
Kəşfiyyat orqanları Rusiya ilə atəşkəs danışıqlarına başlamaq üçün Ukraynaya Qərbin təzyiqinin güclənəcəyini də proqnozlaşdırır.
Bizim.Media