ABŞ Priqojinin üsyanını əvvəlcədən bilib, lakin Rusiya daxilində parçalanmaya müdaxilə etmək istəməyib.
Bizim.Media “Washington Post” qəzetinə istinadən xəbər verir ki, Amerika kəşfiyyatı belə siqnalları hələ iyunun ortalarında alıb.
Amma üsyanın dəqiq mahiyyəti və hazırlanma vaxtı haqda informasiya əldə edə bilməyib.
“New York Times” nəşri isə yazır ki, amerikalılar Priqojinin üsyana başlamasını iki gün öncə bilirdilər.
Kəşfiyyatla yaxın olan mənbə deyib ki, hər şey çox tez baş verib: “Ancaq Priqojinin Rusiya hərbçilərini təhdid etməkdə nə qədər ciddi olduğunu və qoşunlarını hara aparacağını anlamaq çətin olub”.
Lakin Rusiyanın məxfi xidmətləri Priqojinin planları barədə susublar.
Məqalədə deyilir ki, onlar Putinə çevrəsindəki ciddi parçalanmanın qarşısını almaq üçün kömək etmək istəməyiblər.
Bizim.Media
