Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan partiyasının toplantısında çıxış edib.
Bizim.Media ''Haber Global''a istinadən xəbər verir ki, prezident çıxışında müxalifəti sərt tənqid edib.
"Son zamanlar CHP fəalları tvit yarışındadırlar. Yatırlar, dururlar kürəkən, kürəkən deyirlər. Kürəkən qədər başınıza daş düşsün",- deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Ərdoğanın kürəkəni Türkiyənin sabiq xəzinədarlıq və maliyyə naziri Berat Albayrakdır. O bir müddət öncə səhhətində yaranan problemə görə istefa verib.
Bizim.Media