Rusiyanın gecə saatlarında Ukraynanın Sumı şəhərinə endirdiyi aviazərbələr nəticəsində 3 mülki şəxs həyatını itirib.
Bizim.Media xəbər verir ki, Sumı Vilayət Hərbi Administrasiyasının məlumatına görə, dağıntılar altından 5 və 10 yaşlı iki qızın cəsədi çıxarılıb. Hücum zamanı yaşlı bir qadın da həlak olub.
Məlumata əsasən, şəhərin mülki infrastrukturuna ümumilikdə altı idarəolunan aviasiya bombası (KAB) düşüb.
Zərbələr nəticəsində yaşayış evləri və qeyri-yaşayış obyektləri dağılıb, bir sıra tikililər ciddi ziyan görüb.
Bizim.Media