Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin himninin dəyişdirilməsini təklif edib.
Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, o, himnin mətninin sonluğu ilə razılaşmır:
“Himnimizin rəsmi sözləri ölümlə bitir. İdeologiya düzdür, sözləri ilə bağlı problemim yoxdur, amma ümumilikdə himn ölümlə bağlı sətirlə, ölümün təbliğatı ilə bitir”.
Ermənistanın baş naziri həmçinin ölkəsinin qerbini də tənqid edib və bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyatı yoxdur.
“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir - Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yaranır: bunun bizə nə aidiyyəti var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? ”-deyə, o bildirib.
Bizim.Media