Avropa İttifaqının (Aİ) diplomatları Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təsdiqini iyunun 19-na qədər təxirə salıblar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
Mənbədən bildirilib ki, səfirlər 11-ci sanksiyalar paketinin müzakirəsində irəliləyiş əldə ediblər:
“Lakin hələ də yekunlaşdırılmalı olan bir neçə element var. Növbəti müzakirə gələn həftə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında aparılmalıdır”.
Bizim.Media