“ABŞ Ukrayna Müdafiə Qüvvələrinin hücum əməliyyatları zamanı itkiləri ilə bağlı Rusiyanın bəyanatlarına əhəmiyyət vermir”.
Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Rusiya prezidenti Vladimir Putinin əks-hücum zamanı Ukraynanın “fəlakətli itkiləri” ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
"Prezident Putinin söylədiyi şərhlərə gəlincə: bildiyiniz kimi, biz Rusiyanın ictimai qiymətini nəzərə almırıq", - deyə Ağ Evin mətbuat katibi bildirib.
Bu kontekstdə o, ABŞ prezidenti Co Baydenin sözlərini də xatırladıb:
“Baydenin də dediyi kimi, yalnız Ukrayna hərbi hücumları barədə nəsə danışa bilər”.
Bizim.Media