Hərbi bazadakı partlayışlar nəticəsində Qvineyada ölən və xəsarət alanlar var.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ekvatorial Qvineyanın Bata şəhərində yerləşən hərbi bazadakı partlayışlar minimum 20 nəfərin həyatına son qoyub. 600 nəfərdən çox yaralı var.
Onlarla insan itkin düşüb. Partlayış çoxsaylı binanın dağılması və tikililərin damlarının uçması ilə müşahidə olunub.
Respublikanın prezidenti baş verənlərdə hərbçiləri günahlandırıb.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media