Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirusa yoluxublar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Suriyanın prezident administrasiyasına istinadən yayıb.
"Prezident Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirus testindən keçiblər və nəticədə virusa yoluxduqları aydınlaşıb". Açıqlamada belə deyilir.
Mənbə Bəşər Əsəd və həyat yoldaşının vəziyyətinin yaxşı olduğunu yazır.
Bizim.Media