Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılmasından sonra yaranan seldə ölənlərin sayı 10 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində itkin düşənlərin sayı isə 42-yə yüksəlib.
Qeyd edilib ki, seı nəticəsində 46 yaşayış məntəqəsi su altında qalıb, 2743 nəfər təxliyə edilib.
Bizim.Media