Dünyanın ən varlı adamı, “Amazon”u sahibi Jeff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott Sietldəki özəl məktəbdə çalışan müəllimlə evlənib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Wall Street Journal” nəşri yayıb.
Bundan əvvəl xanım 1,7 milyard dollardan çox pulunu xeyriyyə məqsədinə xərcləmişdi.
Bu barədə o, bloqunda yazıb, həm də soyadının dəyişdirildiyini elan edib.
“Forbes”ə görə, 2019-cu ildə boşanma nəticəsində Skott Bezosun “Amazon”dakı payının dörddə birini alıb.
Boşanmadan sonra onun sərvəti 36 milyard dollar olub.
Bizim.Media