Bir neçə gün bundan əvvəl 74 yaşında dünyasını dəyişən, “bütün dövrlərin ən yaxşı boksçusu”x9d adına layiq görülən Məhhəməd Əli bu gün də dünya mediasını zəbt edir. Uzun illər idi ki, parkinson xəstəliyindən əziyyət çəkən məşhur idmançının dəfnində də qələbəlik olacağı gözlənilir.
Lakin İslam dinini qəbul edəndən sonra bütün azğınlıqlara qarşı mübarizə aparan Məhəmməd Əlinin ölümündən sonra diqqət mərkəzində olan başqa məsələ isə onun mirasıdır. Bildiyimiz kimi, idmançının təmsil olunduğu super boks yarışları dünyanın ən gəlirli sahələrindən biridir. Demək olar ki, bütün döyüşlərini nakautla qalib gəlmiş Məhəmməd Əli də bu yarışlardan xeyli gəlir əldə etdi.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Məhəmməd Əli öləndən sonra öz ardından 80 milyon dollar məbləğində miras qoyub. Ayrı-ayrı vaxtlarda dörd dəfə evlənən və 10 övlad sahibi olan Məhəmməd Əlinin ölümündən sonra ABŞ-ın ayrı-ayrı yerlərində yaşayan uşaqları onun Luizvildəki mənzilinə gəlib.
Qeyd edək ki, 80 milyon dollarlıq mirasın 7-si qız, 3-ü oğlan olan varislərin arasında necə bölüncəyi hələlik bilinmir.
Elmin Nuri