Marsda hərəkət cihazı olan "Perseverance" sözügedən planetin səthi üzərində 33 dəqiqə qalıb.
Bizim.Media NASA-nın yaydığı məlumata istinadən xəbər verir ki, altıtəkərli aparat Mara səthindəki yarım saat ərzində 6,5 metr məsafə qət edib.
"Perseverance" 150 dərəcə dönmə edərək 2,5 metr də arxaya hərəkət edib.
Sınaq məqsədli səfərin uğurla keçdiyi vurğulanır. Aparat 2 il elmi tədqiqatlar aparmağa yarayır.
Xatırladaq ki, ötən ilin iyulunda Yerdən ayrılan "Perseverance" bu ilin fevralında Marsa eniş edib.
Bizim.Media